Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında baş tutacaq oyuna indiyədək 22 500 bilet satılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" – "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlayacaq.
