30 oktyabr 2025 11:09
91

“Qarabağ” – “Çelsi” oyununun biletləri tükənir - XƏBƏRİNİZ OLSUN

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri tükənmək üzrədir.

“İki sahil” xəbər verir ki, satışda yalnız VİP yerlər üçün az sayda bilet mövcuddur. Digər sektorlar üçün ayrılan biletlər isə artıq satılıb.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.