Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə fləşmob hazırlanıb.
Dövlət Komitəsindən "İki sahil"ə bilidirilib ki, Böyük Qayıdışın bütün ünvanlarında doğma yurd yerlərində sevinci, qüruru hər kəs bir cür ifadə edir.
"Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir", - qurumdan vurğulanıb.
Fləşmobda Suveren Azərbaycan: "Köklərimizə bağlılıq, işıqlı sabaha inam" sloqanı yazılıb.
Fləşmobun videoçarxını təqdim edirik:
“Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransın açılış mərasimi keçirilib
Xaçmazda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib