Misli Premyer Liqasında 10-cu turunda “Karvan-Yevlax” Şamaxıda “Zirə” ilə qarşılaşıb.
“İki sahil”in məlumatına görə, yarışın 29-cu dəqiqəsində İmani Barker hesabı açıb. 57-ci dəqiqədə Brahim Konate hesabı bərabərləşdirsə də 62-ci dəqiqədə Kayl Spens yenidən yevlaxlıları hesabda önə çıxarıb. 74-cü dəqiqədə Leroy Mikels bakılıların bərabərlik qolunun müəllifi olub - 2-2.
87-ci dəqiqədə Ayron Qomis “Zirə”ni hesabda önə çıxarıb.
Misli Premyer Liqası
10-cu tur
1 noyabr (şənbə)
14:00. “Karvan-Yevlax” 2-3 “Zirə”
Qollar: İmani Barker, 29 (1:0), Brahim Konate, 57 (1-1), Kayl Spens, 62 (2-1), Leroy Mikels, 74 (2-2), Ayron Qomis, 87 (2-3)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”