01 noyabr 2025 17:43
123

Avropa çempionatı: İki cüdoçumuz  FİNALDA

Azərbaycanın iki cüdoçusu Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, Ömər Rəcəbli (81 kq) və Kənan Nəsibov (+100 kq) qitə yarışının həlledici mərhələsinə adlayıblar.

Rəcəbli finalda italiyalı Manuel Parlati, Nəsibov isə polşalı Yakub Sordul ilə üz-üzə gələcək.

Təmsilçilərimizdən Vüqar Talıbov və Aslan Kotsoyev (90 kq) isə üçüncü yer uğrunda görüşdə qarşılaşacaqlar.