01 noyabr 2025 23:58
166

Flik Yamalı müdafiə etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real Madrid”lə La Liqanın 10-cu turundakı 1:2 hesablı məğlubiyyətdən sonra tənqid olunan Lamin Yamalı müdafiə edib.

“İki sahil” xəbər verir ki, Flik açıqlamasında bildirib:

“Onunla çox səmimi söhbət etdik, bu, ən doğru yanaşmadır. Həmişə onu müdafiə edəcək və dəstək olacağam. Yamal gənc olsa da, artıq fantastik futbolçudur. Biz onun üçün düzgün yolu seçəcəyik”.

Alman mütəxəssis həmçinin gənc futbolçunun “El-Klassiko”dan öncəki açıqlamaları barədə danışmaq istəmədiyini qeyd edərək “Real” ilə oyunun artıq keçmişdə qaldığını vurğulayıb.

Xatırladaq ki, “El-Klasiko”dan əvvəl Yamal “Real Madrid”i “Kings League” turnirində çıxış edən “Porsinos” komandasına bənzədərək madridliləri aldatmaqda və şikayətlənməkdə ittiham etmişdi.