Bakıda qol güləşi üzrə dünya çempionatı keçirilib.
“İki sahil” xəbər verir ki, ilk dəfədir Azərbaycanda keçirilən mundialın açılış mərasimində əvvəlcə yarışda iştirak edəcək ölkələrin paradı olub.
Açılışda Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Daha sonra dünya çempionatı açıq elan olunub.
Dörd gün müxtəlif yaş kateqoriyalarında davam edən yarışlarda 30 ölkədən 400-dən çox idmançı mübarizə aparıb. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Mərkəzinin qol güləşi üzrə idmançıları dünya çempionatında böyük uğur əldə ediblər. Belə ki, Sərhədçi İdman Mərkəzinin qol güləşi üzrə idmançıları dünya çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, komandanın məşqçisi İbad Novruzovdur.
2025-ci ildə indiyədək beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu açıqlanıb