İspaniya La Liqasının 11-ci turunda “Sevilya" üzərində qələbə (3:0) “Atletiko”nun futbolçusu Antuan Qrizmann üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, görüşdə rəqib qapısına yol tapan fransalı hücumçu çempionatdakı 200-cü qolunu vurub. O, La Liqada bu saya çatan 6-cı legioner olub.
Qrizmanndan əvvəl La Liqada yalnız 5 əcnəbi futbolçu 200 qol vurmuşdu: Alfredo Di Stefano (Argentina, 227 qol), Hugo Sanchez (Meksika, 234), Kərim Benzema (Fransa, 238), Kriştiano Ronaldo (Portuqaliya, 311) və Lionel Messi (Argentina, 474).
"Fənərbağça"nın prezidenti barəsində yayılan iddiaları hüquq pozuntusu adlandırıb