04 noyabr 2025 09:57
106

Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan 2009-cu il təvəllüdlü D.Qədirova noyabrın 2-də evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxu.Az