Ötən il miqrantların Böyük Britaniyaya sığınacaq üçün etdikləri müraciətlərin sayı rekord həddə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times" nəşri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə Böyük Britaniyaya 108 min miqrant gəlib.
2024-cü ildə 2023-cü illə müqayisədə (84 000) 28 faiz çox müraciət olub. Əvvəlki rekord 2002-ci ildə qeydə alınmışdı (103 min).
Xəbərdə bildirilir ki, ötən il ölkəyə 44 min qanunsuz daxilolma cəhdi qeydə alınıb. Böyük Britaniyaya Pakistandan 10 min, Əfqanıstan və İrandan isə 8 min qanunsuz miqrant gəlib.
                                
                                    
                                    
                                
                                
                                
                                    Ukrayna Silahlı Qüvvələrində təxminən 2000 Kolumbiyalı muzdlu döyüşür - Die Welt
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Rusiya qoşunları Kupyanskda Ukrayna Silahlı Qüvvələrinin mühasirəsini gücləndirib