04 noyabr 2025 11:30
157

Regionlarda peşəkar teatr dərsləri

“Regionlarda peşəkar teatr dərsləri” Füzuli Dövlət Dram Teatrında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 20-31 oktyabr tarixlərində Qarabağda “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi keçirilib.

“İki sahil” xəbər verir ki, silsilə çərçivəsində 26-31 oktyabr tarixində Füzuli Dövlət Dram Teatrında “Regionlarda peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunub. Müasir yaradıcı yanaşmaları əks etdirən ustad dərsləri rejissor-aktyor Ceyhun Dadaşov və MEMİM-in əməkdaşı, teatrşünas Dağlar Yusifin iştirakı ilə gerçəkləşib.

Teatr kollektivinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması məqsədi ilə həyata keçilən ustad dərsləri teatrın yaradıcı heyəti tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Onu da qeyd edək ki, layihə sözügedən tədbirlər silsiləsi çərçivəsində 20-25 oktyabr tarixində Ağdam Dövlət Dram Teatrında uğurla icra olunub.