04 noyabr 2025 20:59
101

Ömrü uzadan dərman?

Elm adamları yaşlanmanın qarşısını almaq üçün yeni dərman qarışığı sınaqdan keçirib və nəticələr tədqiqatçıları da təəccübləndirib.

“İki sahil” xəbər verir ki, yaşlanmaya qarşı aparılan son araşdırmanın nəticələri elm dairələrində böyük maraq doğurub.

Heyvanlar üzərində aparılan sınaqlarda yeni dərman birləşməsininın sınaqda istifadə edilən heyvanların ömrünü 73 faiz uzatdığı müşahidə edilib. Araşdırma ABŞ-ın Kaliforniya Universitetinin alimləri tərəfindən aparılıb. Onlar yaşlanma prosesini hədəfə alan iki müxtəlif dərmanı birləşdiriblər. 

Toxumaların bərpasını dəstəklədiyi bilinən oksitosin hormonu ilə hüceyrələrin böyüməsini və ölümünü tənzimləyən OT+A5i adlı preparat birlikdə tətbiq olunub. Tədqiqat nəticəsində bu qarışığın zəif və yaşlı erkək siçanlarda ömrü 73 faiz uzatdığı müəyyən edilib. Qadın siçanlarda isə ömür uzunluğu dəyişməsə də, doğum qabiliyyətinin artdığı müşahidə olunub. Eyni zamanda dərman qarışığının qan zülallarında yaşlanma ilə əlaqəli "bioloji pozulmanı" azaltdığı da aşkar edilib.

Alimlər bildirirlər ki, bu müalicə üsulu gələcəkdə insanlar üzərində də sınaqdan keçirilə bilər. Bununla belə, oksitosinin artıq miqdarda qəbulunun kişilərdə prostat problemlərinə yol aça biləcəyi də qeyd olunur.