Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə ölkəyə tədarük edildiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə nazir özünün "Facebook" səhifəsində paylaşım edib.
"Qazaxıstan mənşəli taxıl yoldadır və yaxın günlərdə Azərbaycan ərazisindən keçərək Ermənistana çatacaq", – deyə G. Papoyan qeyd edib.
O bildirib ki, hazırda Rusiya taxılının bir hissəsi də Azərbaycan ərazisindən Ermənistana daşınır.
Ağ Ev ABŞ və Suriya prezidentləri arasında noyabrın 10-da görüş keçiriləcəyini təsdiqləyib
Papuaşvili: Avropa İttifaqının Gürcüstana qarşı şantajı heç bir nəticə verməyəcək