08 noyabr 2025 08:58
110

KİV: Aİ Rusiya və Çindən gələn dezinformasiya təhdidləri ilə mübarizə aparmaq üçün mərkəz yaradacaq

Avropa İttifaqı (Aİ) Rusiya, Çin və digər ölkələrdən qaynaqlanan dezinformasiya təhdidlərinə qarşı mübarizə aparmaq məqsədilə ixtisaslaşmış Demokratik Davamlılıq Mərkəzi yaratmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Aİ-yə aid layihənin sənədinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, sənədin 12 noyabrda dərc olunması planlaşdırılır və bu təşəbbüsün müəllifi Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayendir.

Nəşrin məlumatına əsasən, AK xarici informasiya müdaxilələrinə qarşı mübarizə aparmaq üçün bu mərkəzdə Aİ-yə üzv ölkələrdən və birliyə qoşulmağa can atan dövlətlərdən olan ekspertləri bir araya gətirməyi planlaşdırır.

"The Guardian" qeyd edib ki, Aİ Avropada təsir uğrunda mübarizə aparan Rusiyanın hibrid hücumlarını ən böyük təhlükə kimi görür. Dezinformasiya təhdidinin digər mənbəyi kimi isə Çin göstərilir.

"Mərkəz Aİ strukturları və birlik ölkələri üçün məlumat mübadiləsi və digər dövlətlərin hökumətlərinin informasiya ilə manipulyasiya cəhdləri barədə operativ xəbərdarlıqlar etməyə imkan verəcək mərkəz rolunu oynayacaq", - qəzet bildirib.