08 noyabr 2025 09:16
110

Türkiyədə tikinti materialları mağazasında yanğın baş verib

Adananın (Türkiyə) mərkəzi Seyhan rayonunun Yeşiloba məhəlləsindəki yerləşən Seyhan Ticarət Mərkəzində yerləşən üçmərtəbəli tikinti materialları mağazasında yanğın baş verib.

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Hadisə yerinə çoxsaylı yanğınsöndürənlər, təcili yardım işçiləri və polis qrupları göndərilib.

Ətraf ərazidə tədbirlər görüldükdən sonra yanğınsöndürənlər yanğına müdaxilə ediblər.

Vilayət Polis İdarəsinin Cinayətkarlığa Qarşı Mübarizə Maşını (TOMA) da söndürmə işlərinə qoşulub.

Yanğın qonşu müəssisələrə də yayılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”