09 iyul 2026 08:27
94

ABŞ Mərkəzi Komandanlığı: İranda 90 hədəfə hücum edilib

ABŞ ordusu İrana qarşı yeni zərbələr endirib və 90 hədəfə hücum edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un açıqlamasında deyilir: "CENTCOM qüvvələri İrana qarşı əlavə bir hücum həyata keçirib və məqsəd Hörmüz boğazında İranın ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da zəiflətməkdir. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib".

Komandanlıq hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə sistemlərini, raket və dron saxlama yerlərini və hərbi logistika infrastruktur obyektlərini göstərib.

ABŞ-ın yeni hücumlarından sonra İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Hörmüz boğazının Vaşinqtonun təhdidləri səbəbindən deyil, yalnız Tehranın şərtləri yerinə yetirildikdən sonra açılacağını bildirib. O, ABŞ-ın hədə-qorxularının və pozulmuş vədlərinin artıq nəticəsiz qalmadığını vurğulayıb.