Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında təbrik mesajı paylaşılıb.
“5 il əvvəl Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın 8 noyabr Zəfər Gününü təbrik edir, qardaşlarımızı ürəkdən salamlayırıq. Türkiyə və Azərbaycan əbədi “Bir millət, iki dövlət” olaraq birlikdə olmağa davam edəcək”, - nazirliyin təbrik mesajında qeyd edilib.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər