27 iyun 2026 15:30
89

Yağıntılı hava şəraiti davam edir - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

“İki sahil” yazır ki, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, Kürdəmir, Sabirabad, Neftçalada arabir şimşək çaxır, yağış yağır.