Türkiyənin ilk astronavtı Alper Gezeravcı Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib və kosmosdan şəkillər paylaşıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı astronavt "X" sosial şəbəkə hesabında paylaşım edib.
"8 Noyabr Zəfər Gününüz mübarək!
Kosmosdan baxanda sərhədlər görünmür, amma bir millətin əzmi, inamı və mübarizəsi bütün Yer üzündən hiss olunur.
Azərbaycan xalqının qəhrəmanlığı ilə qazanılan bu böyük zəfər sadəcə bir torpaq uğuru deyil, həm də müstəqilliyin, birliyin və qardaşlığın göylərə yazılmış rəmzidir.
Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm", - deyə o yazıb.
8 Kasım Zafer Günü Kutlu Olsun!
— Alper Gezeravcı (@TURKastro) November 8, 2025
Uzaydan baktığınızda sınırlar görünmez, ama bir milletin azmi, inancı ve mücadelesi tüm yeryüzünden hissedilir.
Azerbaycan halkının kahramanlığıyla kazanılan bu büyük zafer, sadece bir toprak kazanımı değil; bağımsızlık, birlik ve… pic.twitter.com/zytsjxbSGu
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər