Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.
“İki sahil” Xidmətə istinadla yazır ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanın 30%-i), Kəlbəcərdə 26 (aylıq normanın 30%-i), Şəki, Mingəçevir, Şahbuzda 9, Zaqatala, Altıağac, Qusar (Laza), Şahdağda 7, Qrız, Ağdamda 5, Bərdə, Beyləqanda 4, Yardımlı, İmişlidə 3, Sədərəkdə 2, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan, Lerikdə 1 mm-dək qeydə alınıb.
Səhər saatlarından Bakıda və Abşeron yarımadasında yağış müşahidə edilir və bəzi ərazilərdə lokal leysan xarakterlidir.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər