“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb.
“İki sahil” xəbər verir ki, o, məşhur şərhçi, bir neçə gün öncə Bakıya gəlib Ağdam təmsilçisinin Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdiyi matçı şərh edən Ertem Şenerə müsahibəsində müsahibəsində Q.Qurbanovdan söz açıb:
“Biz 3 il öncə “Qarabağ”la Bakıda hazırlıq oyunu keçirdik. Orada Qurban Qurbanovu və komandasını tanımaq fürsəti oldu. Bu uğurlar heç biri şans deyil. Qurban Qurbanovun komandasına qarşı oynayanda onun necə məşqçi olduğunu görmüşdüm. Onun Avropada qazandığı uğurlar mənə sürpriz kimi gəlmir”.
Üzgüçülük Federasiyasının rəsmi maskotları artıq sizinlədir - Araz, Damla və Xəzər!
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar