8 Noyabr – Zəfər Günü münasibətilə Ağdam şəhərindəki Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun idarəçiliyi ilə keçən konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ifa edilib.
Konsertdən sonra Ağdam şəhərində atəşfəşanlıq olub.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər