Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününün 5 illiyi münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub.
“İki sahil” xəbər verir ki, konsertdə tanınmış ifaçılar tərəfindən qələbə ovqatlı mahnılar səsləndirilib, vətənpərvərlik ruhunda kompozisiyalar nümayiş etdirilib, rəqs qruplarının rəngarəng çıxışları olub. Bayram tədbiri saat 18:00-da başlayıb və 3 saata yaxın davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.
Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər