Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mustafa Kamal Atatürkünün vəfatının ildönümü münasibətilə paylaşım edib.
“İki sahil” xəbər verir ki, nazirlik bu barədə sosial media hesabında paylaşım edib.
"Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq", - paylaşımda qeyd olunub.
Prezidentin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
Vüqar Rəhimzadə: Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir