İtaliya millisinin və "Liverpul"un futbolçusu Federiko Kyeza yığmanın noyabr ayındakı toplanışına qatılmaqdan imtina edib.
“İki sahil” xəbər verir ki, bu haqda millinin baş məşqçisi Cennaro Qattuzo danışıb.
İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, mütəxəssis deyib: "Mən onunla tez-tez danışıram. Hər birimizin verdiyi qərarlara hörmət etməliyik. Bundan artıq heç nə deyə bilmərəm".
Qeyd edək ki, Kyeza bu mövsüm "mersisaydlılar" üçün bütün yarışlarda 12 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Əlavə edək ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova (13 noyabr) və Norveç (16 noyabr) yığmaları ilə qarşılaşacaq.
Ayxan Abbasov: Meydanda fərqli və hücumameyilli oyun nümayiş etdirməyə çalışacağıq
Cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib