13 noyabr 2025 08:08
132

ABŞ-da şatdaun ləğv edildi

ABŞ tariixinin ən uzun şatdaunu (hökumətin bağlanması) başa çatıb.

“İki sahil” xəbər verir ki, bir neçə gün əvvəl Senatın və bu gün Nümayəndələr Palatasının hökumətin maliyyələşməsi ilə bağlı qanun layihəsini səs çoxluğu ilə təsdiqləməsindən sonra layihə Prezident Donald Tramp tərəfindən imzalanıb.

Layihə hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutur.

Oktyabrın 1-dən bu yana 43 gün davam edən bağlanma ABŞ tarixinə ən uzun şatdaun kimi düşüb.