Sumqayıt şəhərinin Ceyranbatan asfalt zavodu ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.
"Azəriqaz"dan “İki sahil”ə bildirilib ki, problemin aradan qaldırılması məqsədilə noyabrın 14-ü saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı dayandırılacaq.
Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.