14 noyabr 2025 12:58
79

Şəkərli diabet xəstələrinin insulin vahidləri ilə təminatına YENİ YANAŞMA TƏTBİQ OLUNACAQ

Şəkərli diabet xəstələrinin insulin vahidləri ilə təminatına yeni yanaşmanın tətbiqi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib.

"Çalışırıq ki, hər xəstəyə 40 vahid insulin təminatı nəzərdə tutulmasın. Bu yanaşmadan kənarlaşmaq istəyirik. Məqsədimiz insulin vahidlərinin hər bir xəstə üçün fərdi olaraq hesablanmasıdır", - deyə o qeyd edib.

Ramik Quliyev 2026-2030-cu illər üçün şəkərli diabet xəstəliyi üzrə yeni dövlət proqramının təsdiq olunmasının planlaşdırıldığını da diqqətə çatdırıb.