Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Onlayn qumar oyunlarının təşkilində təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
DİN və AQTA birgə əməliyyat keçirib: 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub/VİDEO