16 noyabr 2025 18:12
90

Türkiyədə inşaat zamanı uçqun olub

Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.