Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı açıqlamalarından və Pekinin sərt reaksiyasından sonra iki ölkə arasında yaranan münaqişənin həlli üçün Yaponiya Çinə yüksək səviyyəli diplomat göndərmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Departamentinin rəhbəri Masaaki Kanai noyabrın 17-də Çinə səfər edəcək, noyabrın 18-də onun Çin tərəfi ilə cari vəziyyətlə bağlı danışıqlar aparacağı gözlənilir.
Daha əvvəl parlamentdə müzakirələr zamanı Takaiçi bəyan edib ki, Tayvan yaxınlığında mümkün hərbi böhran Yaponiyanı kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcək ekzistensial təhlükə yarada bilər. Bu, Pekinin kəskin narazılığına səbəb olub və Tokioya ciddi irad tutub.
Bundan əlavə, Çinin Osakadakı baş konsulu Syue Tzyan Yaponiyanın baş nazirinin "başını kəsməklə" hədələyib, lakin sonradan bu yazı "X"dən silinib. Çin Xarici İşlər Nazirliyi daha sonra həmvətənlərinə Yaponiyaya səfər etməmək barədə xəbərdarlıq edib.
NATO: Rusiyanın yeni silah sistemləri Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir