17 noyabr 2025 08:15
97

Dövlət Departamenti Venesuelaya aid təşkilatı xarici terror təşkilatları siyahısına daxil edəcək

Noyabrın 24-dən etibarən ABŞ Dövlət Departamenti “Cartel de los Soles” təşkilatını xarici terror təşkilatı elan etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, Dövlət Departamenti bildirir ki, Venesuelada yerləşən təşkilata Prezident Nikolas Maduro və Venesuelanın digər yüksəkvəzifəli şəxsləri rəhbərlik edir.

“Cartel de los Soles”, “Tren de Aragua” və “Sinaloa Cartel” də daxil olmaqla xarici terror təşkilatları siyahısına salınmış digər təşkilatlarla birlikdə yarımkürəmizdə terror zorakılığına, eləcə də ABŞ və Avropaya narkotik qaçaqmalçılığına görə məsuliyyət daşıyır. Amerika Birləşmiş Ştatları milli təhlükəsizlik maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”,- deyə bəyanatda qeyd olunur.