17 noyabr 2025 08:21
92

Cənubi Koreyada 13 avtomobilin iştirak etdiyi ağır qəza baş verib

Cənubi Koreyada 13 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ciddi yol qəzasında ən azı iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

“İki sahil”in "Yonhap"a istinadən verdiyi məlumata görə, hadisə yanacaq çəni daşıyan yük maşınının qarşısındakı digər yük maşını ilə toqquşması nəticəsində başlayıb.

İlkin toqquşmadan sonra qəza zəncirvari hal alıb: 14 tonluq başqa bir yük maşını yanacaq çəni ilə çırpılıb, daha sonra avtobus da daxil olmaqla yeddi nəqliyyat vasitəsi ard-arda qəzaya düşüb. Avtobusda 20 sərnişin olsa da, onlardan heç biri xəsarət almayıb.

Həlak olanlar arasında qarşı zolaqda hərəkət edən minik avtomobilinin sürücüsü, həmçinin qəzaya qarışan yeddi nəqliyyat vasitəsindən birini idarə edən kiçik yük maşınının sürücüsü olub.

Toqquşma nəticəsində yük maşını da daxil olmaqla üç nəqliyyat vasitəsi yanaraq sıradan çıxıb.