Fələstin dövləti qurulmadıqca Yaxın Şərqə sabitlik gəlməyəcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
"Fələstinə qarşı təhdidlər aradan qalxmadıqca, regionda heç bir dövlət üçün təhlükəsizlik təmin olunmayacaq", - Ərdoğan qeyd edib.
O, Türkiyənin ikidövlətli həll yolunu dəstəklədiyini və bunun üçün çalışdığını bildirib.
BMT Baş katibi dövlətləri Yaxın Şərqdəki atəşkəsi davamlı sülhə çevirməyə çağırıb
Ərdoğan: Azərbaycan və Gürcüstan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi