Bu gün səhər saatlarında Qazaxıstanın Türküstan bölgəsinin Jetisay rayonunun Alqabas kəndində ikimərtəbəli fərdi evdə yanğın baş verib.
“İki sahil” Zakon.kz-a istinadla xəbər verir ki, Regional Fövqəladə Hallar Departamentinin (DRESS) məlumatına görə, yanğınsöndürmə idarəsi hadisə yerinə çatanda evin tamamilə alov içində olduğu aşkar edilib.
“Yanğının araşdırılması və söndürülməsi zamanı evdən huşsuz vəziyyətdə üç nəfər təxliyə edilərək təcili tibbi yardım qrupuna təhvil verilib. Qonşuların sözlərinə görə, ev sahibləri bir gün əvvəl tədbir keçiriblər və evdə qonaqlar olub” - DRESS-in məlumatında deyilir.
Bildirilib ki, 360 kvadratmetr ərazidə baş verən yanğın tamamilə söndürülüb.
Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir. İstintaq başlayıb və yanğının səbəbləri müəyyən edilir.
KAZINFORM-un yazdığına görə, yanğın baş verən fərdi evdə 12 nəfər həlak olub. Onlardan 9-u uşaq olub.
Qazaxıstan Respublikasının Uşaq Hüquqları üzrə Ombudsmanı Dinara Zakiyeva sosial media səhifəsində yazıb ki, yanğın baş verən evdə iki ailə - valideynlər və uşaqlar yaşayırmış: “Türküstan vilayətinin Jetisay rayonunun Alqabas kəndində baş verən yanğın nəticəsində 9 uşaq ölüb. Bu evdə iki ailə, valideynlər və uşaqlar yaşayırdı. Evdə yanğın baş verib və dam uçub. Regional Ombudsman hadisə yerinə Psixoloji Dəstək Mərkəzinin mütəxəssisləri ilə birlikdə gedib. Yanğının səbəbi və şəraiti araşdırılır. Mərhumun yaxınlarına başsağlığı veririk”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Türkiyədə aralarında hərbçilərin də olduğu 22 nəfər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb
BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər
"Google"un süni intellekti qədim əlyazmaları qüsursuza yaxın səviyyədə deşifrə etməyi öyrənib