Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
“İki sahil” xəbər verir ki, idmançı finalda İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Nihat Məmmədli, Ülvü Qənizadə (hər ikisi 60 kq) və İslam Abbasov (87 kq) günü medalsız başa vurublar.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar