19 noyabr 2025 09:47
75

Astaranın bir sıra kəndlərində elektrik enerjisi olmayacaq

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində bu gün təmir işləri aparılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

Qeyd edilir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.