Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, yığmamız yarımfinalda Misir seçməsini 22:15 hesabı ilə məğlub edib.
Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar