19 noyabr 2025 22:34
123

İsrailin Qəzzaya aviazərbələri nəticəsində 23 nəfər ölüb

İsrailin Qəzza zolağına silsilə aviazərbələri nəticəsində 23 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, hücumlar ilk növbədə Qəzza şəhəri və Xan-Yunisi hədəf alıb.

Qəzza xəstəxanalarındakı mənbələrə görə, ölənlər arasında Qəzza şəhərinin Zeytun məhəlləsindən beş nəfərlik bir ailə var.

İsrail Müdafiə Qüvvələri öz növbəsində bildirib ki, zərbələr HƏMAS-ın mövqelərini hədəf alıb və dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan-Yunisdəki əsgərləri atəşə tutmasına cavab olub.