20 noyabr 2025 08:10
98

ABŞ paytaxtında Trampın impiçmenti tələbi ilə mitinq keçirilir

Vaşinqtonda minlərlə amerikalının prezident Donald Trampın impiçmenti və istefasını tələb etdiyi "Rejimi aradan qaldırın" adlı genişmiqyaslı etirazları başlayıb.

“İki sahil”in "Axios"a istinadən verdiyi xəbərə görə, Vaşinqtonda nümayişlər ölkə daxilində geniş etiraz hərəkətləri fonunda keçirilir.

Belə ki, təkcə keçən ay 7 milyondan çox amerikalı hökumətin tarixən uzun sürən bağlanmasından sonra "Krallar yoxdur" yürüşlərində iştirak edib.

Yeni etiraz aksiyasının təşkilatçıları qeyd edirlər ki, paytaxtda keçirilən nümayişlər xüsusi əhəmiyyət kəsb edir.