Almaniyada kütləvi işdənçıxarma dalğası güclənir. 88 müəssisədə ümumilikdə 147 522 iş yerinin ixtisar edilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti "Initiative Neue Soziale Marktwirtschaft" lobbi təşkilatının araşdırmasına istinadən məlumat verib.
Araşdırma 1 iyul 2024-cü il tarixindən etibarən işçi ixtisarları haqqında elan etmiş şirkətləri əhatə edir.
Siyahıda demək olar ki, iqtisadiyyatın bütün sektorları var: avtomobil ehtiyat hissələrinin böyük tədarükçüləri, logistika və informasiya texnologiyaları şirkətləri, aviadaşıyıcılar, həmçinin kiçik maşınqayırma firmaları.
Təkcə "Deutsche Bahn" dəmiryolu konserni 30 min əməkdaşı işdən çıxarmaq niyyətindədir, avtomobil ehtiyat hissələri istehsalçısı "ZF" isə 14 min işçini ixtisar edəcək.
Rubio: ABŞ Rusiya və Ukraynanın mövqelərini nəzərə alaraq sülh təklifləri hazırlayır
Tramp Epşteyn işi üzrə materialların açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb
Yaponiya Vaşinqtona verdiyi "Patriot" raketlərinin ABŞ-də qalacağını bəyan edib