ABŞ administrasiyası Moskva və Kiyevin mövqelərini nəzərə alaraq Ukraynadakı münaqişənin həlli ilə bağlı təkliflər hazırlayır və hesab edir ki, davamlı sülh üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib.
Dövlət katibi X sosial platformasında yazıb ki, nizamlanma prosesi ciddi və real ideyaların ətraflı mübadiləsini tələb edir: “Daimi sülhə nail olmaq hər iki tərəfin çətin, lakin zəruri güzəştlərə razılıq verməsini tələb edir”.
Onun sözlərinə görə, ABŞ tərəfi həm Moskvanın, həm də Kiyevin mövqelərini nəzərə alaraq müharibəyə son qoymağa yönəlmiş potensial təkliflər siyahısı hazırlayır və bu istiqamətdə işi davam etdirir.
Qərb mediası daha əvvəl məlumatlı mənbələrə istinadla yazmışdı ki, ABŞ Ukrayna münaqişəsinin həlli üçün yeni plan üzərində işləyir və bununla bağlı Rusiya ilə məsləhətləşmələr aparır.
Tramp Epşteyn işi üzrə materialların açıqlanmasını nəzərdə tutan qanun layihəsini imzalayıb
Yaponiya Vaşinqtona verdiyi "Patriot" raketlərinin ABŞ-də qalacağını bəyan edib