20 noyabr 2025 11:19
98

Yüksək Liqa: "DH Volley" "Murov Az Terminal"la üz-üzə gələcək

Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turunda daha bir matç keçiriləcək.

“İki sahil” xəbər verir ki, "DH Volley" klubu "Murov Az Terminal"la üz-üzə gələcək.

Görüşə Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00-da start veriləcək.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə UNEC "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. III tura noyabrın 21-də yekun vurulacaq.