Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
“İki sahil” xəbər verir ki, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Qeyd edək ki, digər təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar