Misli Premyer Liqasında 12-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”u qəbul edəcək. Hazırda Tovuz klubu 22 xalla ikinci, Naxçıvan təmsilçisi isə 19 xalla altıncı pillədə qərarlaşıb.
Günün digər görüşündə isə “Zirə” “Qəbələ”ni sınağa çəkəcək. Paytaxt klubu hazırda 20 xalla turnir cədvəlində üçüncüdür. “Qəbələ” isə “Karvan-Yevlax”la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür.
Misli Premyer Liqasında,
12-ci tur
22 noyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Zirə” - “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Zirə İdman Kompleksinin stadionu
23 noyabr (bazar)
15:00. “Sabah” - “Şamaxı”
17:30. “Neftçi” - “İmişli”
21 noyabr (cümə)
“Karvan-Yevlax” - “Kəpəz” - 1:2
“Sumqayıt” - “Qarabağ” - 2:4