22 noyabr 2025 09:39
82

MMA döyüşçümüz braziliyalı ilə döyüşəcək

Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmov növbəti döyüşünə 31 dekabr 2025-ci ildə Yaponiyada təşkil olunması nəzərdə tutulan RIZIN turnirində çıxacaq.

“İki sahil” xəbər verir ki, Kərəmovun bu dəfəki rəqibi braziliyalı Kleber Koyke olacaq.

Vüqar Kərəmov son dəfə iyun ayında oktaqona çıxmış və qalibiyyət seriyasını davam etdirərək yapon idmançısı Şii Kimuranı məğlub etmişdi.