22 noyabr 2025 11:11
43

Qvardiola: Mövsüm hələ indi başlayır

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda “Nyukasl”la qarşılaşma öncəsi mövsümün real olaraq bu gündən etibarən başladığını deyib.

“İki sahil” İngiltərə mediasına istinadən yazər ki, Qvardiola artıq yay transfer pəncərəsinin və ardıcıl beynəlxalq fasilələrin başa çatdığını xatırladıb:

“Mövsümün iki dövrü var: yayda transfer pəncərəsi bitəndə və beynəlxalq fasilələr başa çatandan sonra. Artıq bu fasilələr də bitdi. İndi mart ayına qədər hər 3-4 gündən bir görüşəcəyik. Ona görə də mövsüm əslində indi başlayır. Liderə yaxın qalmaq vacibdir. Hədəfimiz mövsümün sonuna çempionluq şansı ilə çatmaqdır. Sabahkı oyunda qalib gəlsək, bizim üçün önəmli addım olacaq".

Hazırda Premyer Liqada “Arsenal” 26 xalla liderlik edir, 22 xal toplayan “Mançester Siti” isə ikinci pillədə qərarlaşıb.

“Nyukasl” – “Mançester Siti” oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.