"Real Madrid" əsas ulduzlarından biri olan Vinisius Juniorla yeni müqavilə imzalamaq üçün hərəkətə keçib.
“İki sahil” xəbər verir ki, İspaniyanın nüfuzlu nəşri "AS" Madrid klubunun braziliyalı futbolçunu uzunmüddətli planların mərkəzində gördüyünü və yeni sözləşmənin artıq hazırlanma mərhələsində olduğunu yazıb.
Yeni müqavilənin Vinisiusu ən yüksək maaş alan futbolçulardan birinə çevirməsi gözlənilir. Klub rəhbərliyi futbolçunun ardıcıl yaxşı oyununu, Çempionlar Liqasındakı həlledici performansını və dünya futbolunda yüksələn nüfuzunu nəzərə alaraq onun komandada qalmasını strateji addım hesab edir.
Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar