Avtomobillərin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi nəqliyyat axınının nizamlı və ahəngdar olmasını şərtləndirən mühüm amildir.
“İki sahil” xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində “Avtomagistral” və ya “Avtomobillər üçün yol” nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda isə sol zolaqlarla hərəkət etmək qadağandır.
Unutmayaq ki, sürücü intizamı və qarşılıqlı ehtiram yol hərəkəti zamanı təhlükəsizliyimiz üçün mühüm şərtdir!
“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib