Bu yaxınlarda keçirilən Formula 1 Las Vegas Qran Prisində Mercedes-Benz yeni AMG GT 4 qapılı idman avtomobilinin yüngül kamuflyajlı prototipini təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə "autopilot.ru" saytı məlumat yayıb.
Modelin yaradılması təxminən iki il əvvəl elan edilmişdi. Onun yeni AMG.EA platformasında istehsal ediləcəyi və bir neçə dizayn elementinin AMG GT XX hiperkonseptindən götürüldüyü məlumdur. Yeni Mercedes-AMG GT modeli rasional siluet, girintili qapı tutacaqları, ulduz formalı faralar və radiator barmaqlığının yerinə boş panelə malikdir.
Elektrik avtomobilinin yüksək texnologiyalı batareya bloku və üç oxlu elektrik mühərriki ilə təchiz ediləcəyi gözlənilir.